“Azdrama”x9dda Ramilə Qurbanlının kitab təqdimatı olacaq

Hazırda oxunan: “Azdrama”x9dda Ramilə Qurbanlının kitab təqdimatı olacaq

107827

Noyabrın 28-i 15.00-da Akademik Milli Dram Teatrında tanınmış jurnalist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondununxa0əməkdaşı Ramilə Qurbanlının “Yaradıcılıq fondu”x9dnun təşəbbüsü ilə yeni çapdan çıxan “33 pərdəli dram”x9d kitabının təqdimatı olacaq.

xa0

Kitabda R.Qurbanlının vaxtıyla mətbuatdaxa0 çap olunan portret yazıları yer alıb.

xa0

Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş sənətkarların portretləri həm peşəkarlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

xa0

Kitabda Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı haqqında olan sanballı materialları da yer alıb. Adı çəkilən və çəkilməyən sənətkarların həm yaradıcılığı, həm də şəxsi həyatları barədə kitabda dolğun məlumatlar var, bir sözlə, oxuduqca onların tam portretlərini göz önündə canlandırmaq mümkündür.

xa0

“33 pərdəli”x9d dram kitabına mədəniyyət aləminin tanınmış imzaları Azər Paşa Nemət və İlham Rəhimli ön söz yazıblar.xa0xa0

xa0

Kitab iki hissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli, Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.

xa0

Müəllif kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Yaradıcılıq Fonduna təşəkkürünü bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin