Qulaq ağrısı şikayətiylə həkimə gedən bir nəfərin qulağından yüzlərlə "ət yeyən" qurd çıxarılıb
Moderator.az aznews.az-a istinadən bildirir ki, Hindistanın Faizabad şəhərində dermatoloq Vikram Yadavın ofisinə adı açıqlanmayan bir xəstə qulaq ağrısı şikayətiylə müraciət edib.
İzləyərkən insanın tükləri ürpəşən bu müalicənin video görüntülərini ingilis mediası yayıb.
Xəstəsini müayinə edən doktor Yadav gözlərinə inana bilməyib. Xəstəyə ağcaqanadın "Aural myasis" diaqnozu qoyulub. "Aural myasis" tropik və yarıtropik bölgələrdə olan ağcaqanadların insan burnuna və ya qulaq dəliyinə girməsi nəticəsində yaranır.
Qurdlar beyinə irəliləyərək xəstənin ölümünə səbəb olur.






































































































