Onunla ilk görüşümüz Kölndə, 17 iyun 2019-cu ildə olmuşdu. Hələ o zaman Fazil Mustafada təmənnasız Vətən sevgisini görüb qürurlanmışdım. Vətəninin hər bir nümayəndəsinə xüsusi sevgi ilə yanaşdığını gördüyüm Fazil müəllimə mən də bir qürur hissi yaşatmaq üçün ovaxtkı iş yerimə - Köln Universitet Klinikasına dəvət etdim. Klinikanı ziyarətdən sonra məni Azərbaycan ictimaiyyətinə o belə tanıtmışdı:
"Birlikdə şəkil çəkdirdiyimiz bu şəxsiyyət Köln Universitet klinikasında çalışan dəyərli tibb alimimiz Nuran Abdullayevdir. Elmlər doktoru üvnanını burada alıb. 30 yaşlı bu oğul mənim hər zaman vurğuladığım "bir insan - bir vətəndir" anlayışına tam sahibdir. Dünənki tədbir barədə eşidib dinləmək və tanış olmaq üçün gəlmişdi. Tədbirdən sonra işlədiyi universitetə və klinikasına baş çəkdim. Və bir daha anladım ki, həm özü qarşısında, həm də milləti, vətəni qarşısında məsuliyyətini dərk edən və Almaniya kimi rəqabətin böyük olduğu ölkədə onkologiya sahəsində önəmli uğurlara imza atan bu cür Azərbaycan övladları gələcəyimiz barədə pozitiv düşünməmiz üçün tam əsas verir. Allah qorusun və insanlığa faydalı çalışmalarında müzəffər etsin!"
Strasburqda baş tutan və Baden-Badendə davam edən görüş:
Açığı desəm, xəstəxanada yeni ağır iş qrafikimin yorğunluğunu görüşdə hiss edəcəyimdən narahat idim. Amma onunla səmimi və Vətən üçün dərin mənalar kəsb edəcək maraqlı görüş bütün yorğunluğu unutdurdu.
Mövzular:
Onunla Vətənə təmənnasız xidmətdən, bayrağımızı uca tutmaqdan, səhiyyənin nümunəvi inkişafından, kitaba sevgidən tutmuş Nitsşeyə qədər bir çox şeydən danışdıq. Son mövzumuz isə dürüstlük, böyüklük və insan idi…
Təəssüratım:
Fazil müəllim xoşbəxt adamdır, çünki o, zamandan asılı olmayaraq hər zaman qorxmaz olub.
O, həm də doğrunun yanında ola biləcək qədər həm dərin, həm böyük və həm də dürüst adamdır.
Fazil müəllimlə gəzərkən hava buludlu və soyuq idi.
Əminəm ki, biz onunla günəşli günlərdə də yürüyüşə çıxacağıq…



































































































