Sinifdə uşaqların zehni inkişafını artıran maraqlı oyun – Müəllimlər mütləq yararlansınlar

Hazırda oxunan: Sinifdə uşaqların zehni inkişafını artıran maraqlı oyun – Müəllimlər mütləq yararlansınlar

255335
Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

Moderator.az AzEdu.az-a istinadən belə oyunlardan bir neçəsini nəzərinizə çatdırır:

Bənzətmə oyunu

Uyğun yaş dövrü: 10 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfərdən çox

Oynamaq üçün lazım olan vəsaitlər: heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Bu oyun özündə klassik simulyasiya oyununun əsas qaydalarını ehtiva edir. Beləliklə, son hərflə başlayan söz deyərək,xa0 iştirakçılar bir-birlərini başqa bir obyekt və ya heyvanla müqayisə edirlər. İlk oyunçu rəqibinə “at” deyərsə, digər iştirakçı həmin sözxa0 "t" ilə bitdiyi üçün eyni hərflə başlayansöz seçib rəqibini ona bənzətməlidir.xa0

Artan bənzətmə oyununda ,oyuna ən az hərf sayında (iki hərfli) olan sözlə başlanmalıdır. Məsələn, rəqib tərəf başlayanda iki hərfli söz deyirsə, ondan sonrakı iştirakçıxa0 üç hərfli söz tapıb deməlidir. Sonra bu qayda ilə davam edərək 4,5,6,7 hərfli və s. Maksimum hərf sayında söz tapana qədər oyun davam etməlidir.

Nümunə:
At – iki hərfli
Tar – Üç hərfli
Rəng – Dörd hərfli
Gümüş – Beş hərfli
Şimşək – Altı hərfli və s.

Klassik bənzətmə oyunlarındakı kimi oyunçu sonu 'ğ' hərfi ilə bitən söz deyərsə, oyunu qazanar. Eyni zamanda, hərf sayına uyğun söz tapa bilməyən də oyunda məğlub olur.

Nəticə: Sürətli və fərqli düşünmə qabiliyyətini artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin