Təyyarədə doğulan körpəyə aviaşirkətin adı verilib

Hazırda oxunan: Təyyarədə doğulan körpəyə aviaşirkətin adı verilib

134568
Aprelin 22-də Sinqapurdan Myanmaya uçan “Jetstar”x9d aviaşirkətinin təyyarəsində oğlan uşağı dünyaya gəlib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Jetstar”x9d şirkəti öz “Facebook”x9d hesabında məlumat yayıb.

Məlumata görə, hadisə şirkətin tarixində ilk dəfə olaraq baş verib. Körpəyə nəqliyyat firmasının şərəfinə Sou Jet Star adı verilib. Doğuşu təyyarədə olan üç nəfərdən ibarət həkimlər dəstəsi  həyata keçirib. Aviaşirkətin nümayəndələri körpəyə 750 dollar pul veriləcəyini də bildiriblər.

Doğuşdan sonra təyyarə Yanqon şəhərinə təcili eniş edib. Ana və körpə xəstəxanaya yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin