Hollivud ulduzu Cessika Alba 17 illik evliliyini başa vurduqdan sonra şəxsi həyatında yeni səhifə açıb.
Bizim.Media xəbər verir ki, aktrisa özündən 10 yaş kiçik həmkarı Denni Ramirezlə münasibət yaşayır.
Cessika Alba və Denni Ramirez ilk dəfə 2025-ci ilin iyulunda birlikdə görüntüləniblər. Daha sonra onlar “Baby2Baby Gala” tədbirinə birlikdə qatılıb.
Denni Ramirezin Cessika Albanın övladları ilə də yaxşı münasibət qurduğu bildirilir. Aktrisa daha əvvəl paylaşdığı ailə fotosunda sevgilisini də göstərmişdi.
Qeyd edək ki, Albanın 17 illik münasibətinin bitməsinə səbəb aralarındakı sevginin başa çatması olub. (Lent.az)
Bizim.Media
































































































