5 uşaqdan sonra EVLƏNİRLƏR

Hazırda oxunan: 5 uşaqdan sonra EVLƏNİRLƏR

630007

Kriştiano Ronaldo uzun illərdir birlikdə olduğu Corcina Rodriqeslə bu gün nikah bağlayacaq.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, cütlük təxminən 10 illik sevgili dönəmindən sonra münasibətlərini rəsmiləşdirməyə hazırlaşır. Toy mərasiminin Ronaldonun doğulduğu Portuqaliyanın Madeyra adasında keçirilməsi gözlənilir.

Nikah mərasimi isə Funşal Katedralində baş tutacaq. 800 nəfərin dəvət edildiyi toyda futbol və şou-biznes dünyasının çoxsaylı məşhur simaları yer alacaq.
 

Ronaldo ilə Corcina Rodriqes 2016-cı ildən birlikdədirlər. Uzun illər davam edən münasibətlərindən sonra Corcina 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb.


Kriştiano Ronaldonun hazırda 5 övladı var: Kriştiano Jr., əkizlər Eva və Mateo, Alana Martina və Bella Esmeralda. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin