Dünyaca məşhur supermodel Naomi Kempbell İspaniyanın İbiza adasında lüks yaxtaya minərkən seçdiyi bahalı geyim kombinasiyası ilə yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
56 yaşlı model dəniz gəzintisi üçün firuzəyi rəngli yay donu, bikini və sadə rezin Havaianas barmaqarası tərliklər seçib. Lakin o, bu sadə görünüşü qiyməti 24 500 dollar olan mavi rəngli Hermès Kelly Pochette çantası ilə tamamlayıb.
Naomi obrazını "cat-eye" formalı gün eynəyi, saman papaq, qızıl boyunbağılar və rəngarəng muncuqlu bilərziklərlə zənginləşdirib.
Modelin şəxsi mühafizəçisi onun çimərlik çantasını daşıyaraq Naomi Kempbelli sahilə qədər müşayiət edib. Daha sonra supermodel qayıqla Force Blue adlı 70 metrlik dəbdəbəli yaxtaya aparılıb.
Yaxta 12 qonaq və 21 ekipaj üzvü qəbul etmək imkanına malikdir.
Maraqlıdır ki, bu yaxtanın əvvəlki sahibi "Formula-1" komandasının sabiq rəhbəri Flavio Briatore olub. Naomi Kempbell vaxtilə onunla nişanlı olsa da, cütlük 2003-cü ildə ayrılıb.




Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:37 / 28.07.2026
Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO
Hazırda oxunan: Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO
Hazırda oxunan: Naomi Kempbell İbizada dəbdəbəli çimərlik obrazı ilə diqqət çəkdi – FOTO
627965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































