Bakı və Abşeronun bəzi ərazilərində su təminatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunacaq.
Bu işlər çərçivəsində 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək su təminatında fasilə olacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:45 / 28.07.2026
Bu ərazilərdə iki gün su olmayacaq
Hazırda oxunan: Bu ərazilərdə iki gün su olmayacaq
Hazırda oxunan: Bu ərazilərdə iki gün su olmayacaq
627935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































