Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Hazırda oxunan: Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

627971

Avropa İttifaqına üzv bir sıra ölkələr Ermənistan məhsullarının milli istehsalçıların maraqları hesabına öz bazarlarına buraxılmasına hazır olmadıqlarını bildiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu yayıb.

Məlumata görə, bir çox Avropa ölkəsi bu mövqeyini artıq Avropa İttifaqının rəhbərliyinə çatdırıb.
 

"Bir çox Avropa ölkəsi milli istehsalçıların maraqlarına zərər vuracaq şəkildə Ermənistan malları üçün öz bazarlarını açmağa hazır olmadıqlarını Aİ rəhbərliyinə bildiriblər", – deyə SVR-in açıqlamasında qeyd olunub.


Qurum məsələ ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin