BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

Hazırda oxunan: BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

627985

İyulun 28-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkosada BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Kipr türklərinin lideri BMT Baş katibini Prezident Kompleksinin girişində qarşılayıb.

Təxminən iki saat davam edən geniş müzakirələrdən sonra A. Quterreş Kiprdəki konstruktiv danışıqların adadakı hər iki icmaya fayda verəcəyinə ümid etdiyini bildirib.

Çərşənbə axşamı günü BMT-nin Baş katibi yunan Kiprinin lideri Nikos Xritodulides ilə də danışıqlar aparıb.

Bu axşam bufer zonasında Antonio Quterreşin Kiprin iki icmasının liderləri ilə şam yeməyi planlaşdırılır.

Bu, BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin