"Netanyahu Çörçillin bacarmadığını bacardı" – VİDEO

Hazırda oxunan: "Netanyahu Çörçillin bacarmadığını bacardı" – VİDEO

627993

İsrailin müdafiə naziri İsrael Kats Baş nazir Benyamin Netanyahunun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Bizim.Media xəbər verir ki, Kats Netanyahunun ABŞ və İsraili İrana qarşı hərbi əməliyyatlar üçün birləşdirməyə nail olduğunu bildirib.
 

"Netanyahu Çörçillin bacarmadığına nail oldu. O, ABŞ və İsraili İrana zərbə endirmək üçün bir araya gətirdi və Birləşmiş Ştatların növbəti “Pörl-Harbor” baş verməmişdən əvvəl zərbə endirməsini təmin etdi", – deyə İsrailin müdafiə naziri vurğulayıb.


İsrael Katsın bu bəyanatı rəsmi mövqe kimi səsləndirilib və hələlik bununla bağlı ABŞ administrasiyasından əlavə şərh verilməyib.

Xatırladaq ki, Pörl-Harbor (Pearl Harbor) ABŞ-ın Havay adalarında yerləşən hərbi-dəniz bazasıdır. 7 dekabr 1941-ci ildə Yaponiya bu bazaya qəfil hava hücumu həyata keçirdi.

Nəticədə 2 400-dən çox amerikalı həlak oldu, çoxsaylı hərbi gəmi və təyyarə məhv edildi.

Bu hücumdan sonra ABŞ İkinci Dünya müharibəsinə rəsmi şəkildə qoşuldu. Buna görə də "Pörl-Harbor" ifadəsi bu gün siyasi ritorikada qəfil və dağıdıcı hücumun simvolu kimi istifadə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin