Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Hazırda oxunan: Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

625860

Səmimi açıqlamaları ilə tez-tez müzakirə yaradan məşhur türkiyəli müğənni Seda Sayan bu dəfə evli qadınlara təəccüblü bir məsləhət verib.

Bizim.Media xəbər verir ki, S.Sayan Kafa TV-də yayımlanan “Bacıların Bacısı” verilişində "Ərinizin subay dostunu evə buraxmamalısınız. Gələn hər kəs arvadını da gətirməlidir" açıqlaması ilə diqqət çəkib.
 

“Evləndikdən sonra ərinizin subay dostunu evə buraxmayın. “Yox” deyəcəksiniz. Gələn arvadı ilə gəlməlidir” – o bildirib.


Sənətçi, həmçinin kişilərə müraciət edərək deyib: “Xahiş edirəm arvadlarınız üçün vaxt ayırın. Ağıllı kişi arvadı üçün vaxt ayırır”.

O, evli kişilərin sosial fəaliyyətlərdə iştirak etmək istəməməsindən də gileylənib:

"Çölə çıxmaq istəməyənləri məcbur etməlisiniz. Onları uşaq kimi boynundan tutub sürüyüb çıxarın. Onlar evdə olmağı sevirlər. Yorğundurlar, yorğun. Enerjiləri sıfırdır. Bunu müqavilələrinə yazın. Yazın ki, arada bir tətilə getmək istəyirəm”.

Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin