Türkiyəli müğənni Sibelcan konsert zamanı həm canlı ifası, həm də yeni görünüşü ilə diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, səhnədə sevilən mahnılarını səsləndirən sənətçi enerjili rəqs performansı ilə də tamaşaçıların marağına səbəb olub.
Konsertdən yayılan görüntülərdə ifaçının əvvəlki çıxışları ilə müqayisədə çəki aldığı da izləyicilərin diqqətindən yayınmayıb.
Sibelcanın səhnədəki görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər həm onun canlı ifasını, həm də xarici görünüşündəki dəyişiklikləri müzakirə edərək müxtəlif fikirlər səsləndiriblər.
Paylaşım minlərlə baxış və şərh toplayıb. Bəzi izləyicilər sənətçinin səsini və səhnə enerjisini yüksək qiymətləndiriblər, digərləri isə onun son görünüşü ilə bağlı fərqli rəylər bildiriblər.
Bizim.Media

































































































