Tanınmış fitnes məşqçisi Kamil Zeynallı istirahət etdiyi Mərakeşdən paylaşdığı görüntülərlə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında video yayımlayan Kamil Zeynallı çimərlikdə tanış olduğu mərakeşli ailə ilə birlikdə rəqs etdiyi anları izləyiciləri ilə bölüşüb.
Paylaşımına münasibət bildirən məşqçi, "Mərakeşli gözəl ailə və xanımla oynayırdım. Yoldaşı da, övladları da bizi çəkirdilər, sevinirdilər", sözlərini yazıb.
Səmimi və əyləncəli anları əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər videoya çoxsaylı bəyəni və şərhlər yazaraq Kamil Zeynallının xarici ölkədə yerli sakinlərlə qurduğu mehriban ünsiyyəti yüksək qiymətləndiriblər. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
03:22 / 15.07.2026
Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO
Hazırda oxunan: Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO
Hazırda oxunan: Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO
625321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































