Aparıcı Vüsalə Əlizadənin səhhətində yaranan problem hələ də davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Vüsalə yoluxduğu virusun fəsadlarının artıq üçüncü həftədir davam etdiyini bildirib.
"Canlı efirdən sonra serial çəkilişi edəcəyik. Güclə nəfəs alıram. Çox yazırsınız ki, "halsızsınız, niyə efirə çıxırsınız?". Məcburuq, öz əlimdə olsa, evdə yataram. Gözüm çox pis vəziyyətdədir, qızarıb, sulanır. İşıqlara baxanda demək olar ki, görmürəm. Virusun nəticələridir. Artıq üçüncü həftəyə keçib, amma vəziyyət belədir".
Qeyd edək ki, V.Əlizadə iki dəfə böyrək transplantasiyası etdirib. O, ötən ay səhhətindəki problemə görə canlı yayıma da çıxa bilməmişdi. (milli.az)
Bizim.Media







































































































