Azərbaycanlı jurnalist Xoşqədəm Hidayətqızı ilə ailəli olan türkiyəli müğənni və aktyor Doğuş şəxsi həyatı ilə bağlı gündəmi silkələyəcək etiraflar edib. Doğuş bu barədə Türkiyə telekanallarının birinə danışıb.
Bizim.Media xəbər verir ki, o, vaxtilə ünsiyyətdə olduğu qadınlar və keçmişdə başına gələn hadisələrlə bağlı səmimi açıqlamalar verib.
Sənətçi həyatının müxtəlif dövrlərində ikitərəfli münasibətlərində ciddi səhvlərə yol verdiyini bildirib. O, sevdiyi qadınlara dəfələrlə xəyanət etdiyini deyərək, bunu həyatında iz buraxan "ən böyük peşmanlıq" adlandırıb.
Doğuş həmin davranışların həm şəxsi münasibətlərinə, həm də emosional dünyasına ciddi təsir etdiyini açıqlayıb.
Müğənni həmçinin keçmişdə yaşadığı çətinliklərdən və düzgün qərarlar verə bilmədiyi dövrlərdən danışıb. O, bu gün daha fərqli düşündüyünü, ailə və münasibətlərə baxışının dəyişdiyini vurğulayıb.
"İnternatda qalanda bir dəfə şalvarımı batırmışdım. Buna görə xadimə məni vəhşicəsinə döydü, ülgüclə qolumu kəsdi. Bu qorxunc hadisədən sonra internatdan qaçdım", - Doğuş belə deyib.
Açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirə doğurub. Bir qisim istifadəçilər onun səmimiyyətini alqışlasa da, bəziləri bu cür etirafların gecikmiş olduğunu bildiriblər. (metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
06:17 / 17.05.2026
“Dəfələrlə xəyanət etmişəm” - Doğuşdan ETİRAF
Hazırda oxunan: “Dəfələrlə xəyanət etmişəm” - Doğuşdan ETİRAF
Hazırda oxunan: “Dəfələrlə xəyanət etmişəm” - Doğuşdan ETİRAF
613585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































