Çərşənbə axşamı Berlində Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edən ATƏT "üçlüyü" (hazırda ATƏT-ə sədrlik edən Almaniya, ötən ilki sədr Serbiya və 2017-ci ildə bu vəzifə keçəcək Avstriyaya) ATƏT-in baş katibi Lamberto Zanyerin də iştirak etdiyi toplantıda qəbul etdikləri bəyanatda münaqişə tərəflərini "atəşkəs rejiminə əməl etməyə və zorakılığa son qoymağa" çağırıblar və bəyan ediblər ki, münaqişənin hərbi yolla həll variantı yoxdur. Yenə də ikili standart, yenə də mənfur xristian həmrəyliyi! Kimdir zorakılıq edən cənablar? Kimdir özgə torpağını işğal altında saxlayan qaniçənlər? Kimdir münaqişənin sülh yolu ilə həllinə mane olanlar? Kim öz torpaqlarının uzun müddət işğal altında qalmasına razı ola bilər? Əgər Azərbaycan öz əzəli və əbədi torpaqlarında yaradılmış vassal bir “dövlət”x9din ərazisini işğal (əslində azad!!!) etsəydi sizlər belə bir bəyanat verərdinizmi? İkiüzlülüyə son verməyin zamanı çatmayıbmı? Biz Azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həll ediləcəyinə inamımızı çoxdan itirmişik! Buna baxmayaraq əgər bu gün Azərbaycan hələ də qəti olaraq hərb yolunu seçməyibsə bu ermənilərə edilən ən böyük güzəşt deyilmi? Cənablar, Azərbaycan xalqının mütləq əksəriyyətinin mövqeyini sizlərə çatdırıram-yaranmış indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb yoludur! Azərbaycanı buna vadar etməyin!
- A-
- A
- A+
Köşə
23:07 / 13.04.2016
“Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb yoludur”x9d
Hazırda oxunan: “Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb yoludur”x9d
Hazırda oxunan: “Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb yoludur”x9d
131870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































