Zorakılıq istəmirsinizsə ermənilərə havadarlıq etməkdənsə niyə onlara “Azərbaycan torpaqlarından rədd olun!”x9d demirsiniz?
Bu gün ATƏT-in Minsk qrupuna daxil olan ölkələrinin səfirlər səviyyəsində təmsil olunduğu geniş formatda görüşdə birgə bəyanat qəbul olunub. Bu bəyanatın məzmunu indiyədək ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında heç nə ilə fərqlənmir. Yenə “növbətçi sözlər”x9d- “təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik", “tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq”x9d, “problemin hərb yolu ilə həlli yoxdur”x9d və s. Yenə də erməni pərərst mövqe... Nə qədər olar cənablar? Bu riyakarlıq nə zamana qədər davam edəcək? Axı sizlərsiniz problemin beynəlxalq hüquq normalarına, ATƏT-in, BMT-nin prinsiplərinə, münaqişənin tənzimlənməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiy dörd qətnaməyə uyğun sülh yolu ilə tənzimlənməsinə mane olanlar! Erməni faşistlərinin Azərbaycan torpağında nə işi var? Öz vətənini mənfur işğalçıdan təmizləmək nə vaxt zorakılıq hesab olunub? Zorakılıq istəmirsinizsə ermənilərə havadarlıq etməkdənsə niyə onlara “Azərbaycan torpaqlarından rədd olun!”x9d demirsiniz?
Öz torpaqlarını yağı düşməndən hərb yolu ilə azad etmək azərbaycan xalqının müqəddəs borcudur! Bunu unutmayın cənablar! Və əgər ermənilərin bundan sonra da Azərbaycan torpaqlarında yaşamasında maraqlısınızsa onların təcavüzkar niyyətlərini müdafiə etməyə son qoyun!



































































































