Bakıda 100 min manatlıq traktoru oğurlayan şəxs danışdı - VİDEO

Hazırda oxunan: Bakıda 100 min manatlıq traktoru oğurlayan şəxs danışdı - VİDEO

56321
Qaradağ rayonu, Səngəçal qəsəbəsindən traktor oğurlanıb.

ANS TV-nin məlumatına görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları tarktor oğurlayan Lənkəran sakinini tutublar. Saxlanılan Seyfəli Qasımzadə polisə ifadəsində tanımadığı şəxslə əsasən xırda oğurluqlar etdiyini deyib. Amma sonuncu dəfə dostunun məsləhəti ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən tikinti şirkətlərindən birinə məxsus 100 min manatlıq yükləyici avtomobili oğurlayıb.

Bundan sonra traktoru öz rayonlarına aparmaq qərarına gəlib. Salyan rayonunda Dövlət Yol Polis Postunu yüksək sürətlə keçməsi polis əməkdaşlarında şübhə yaradıb. Vəziyyətin mürəkkəbləşdiyini görən təqsirləndirilən şəxs istiqamətini dəyişməli olub.

İstintaq yolu ilə müəyyən edilib ki, oğurlanan yükləyici avtomobili qəza törədiyindən şirkətə təxminmən 3-4 min manat ziyan dəyib.

Faktla bağlı araşdırmalar davam edir. Seyfəli Qasımzadənin iş ortağı olan şəxsin axtarışları aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin