“Qaçqınkom”un evsatan “işçisi" yaxalandı... -ÖZƏL

Hazırda oxunan: “Qaçqınkom”un evsatan “işçisi" yaxalandı... -ÖZƏL

33698
Avqustun 14-də  Moderator.az saytında “Nəsimi rayon prokuroru “Qaçqınkom”u necə müdafiə elədi?” başlıqlı bir yazı getmişdi. Yazıda son aylar “Qaçqınkom”un səlahiyyətli şəxslərinin guya Bakı Dövlət Universiteti və Neft Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Müşfiqabadda və Masazırda salınmış yeni şəhərciklərə köçürülməsi zamanı qanunsuzluqlara yol verdikləri və mənzilləri rüşvətlə payladıqları barədə  mətbuatda gedən silsilə yazılar xatırlanır və bunun əksini sübut edən fakt oxucuların diqqətinə çatdırılırdı. Konkret olaraq adıçəkilən yazıda özünü “Qaçqınkom”un səlahiyyətli nümayəndəsi kimi təqdim edən Əbdüləzimov Azər Yaqub oğlunun kəlbəcərli köçkün Mahmudov Nəsimi Aydın oğlunu və daha 4 məcburi köçkünü aldadaraq onlardan külli miqdarda pul almasına baxmayaraq cinayət işinin başlanmasının dəfələrlə rədd edilməsindən bəhs edilirdi və şikayətçilərin Nəsimi Rayon Prokuroruna şikayətindən sonra adıçəkilən rayonun prokuroru,  baş ədliyyə müşaviri Salman Məmmədlinin təqdirəlayiq qərarı xatırlanırdı. Prokurorun qərarında Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tural Kazımovun işə səthi yanaşdığı və cinayət işinin başlanmasını qanunsuz rədd etdiyi vurğulanırdı. 

Üstündən bir ay keçdikdən sonra nəhayət şikayətçilərin inadkarlığı nəticəsini verib. Dünən Nəsimi Mahmudovun Moderator.az-a verdiyi xəbərə görə Xətai Rayon Polis İdarəsində Əbdüləzimov Azər  Yaqub oğlu barəsində cinayət işi başlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Maraqlıdır ki, xeyli müddət Azər Əbdüləzimov barəsində zorla gətirilmə qərarı olsa da onu tapmaq mümkün olmayıb və yalnız zərərçəkmişlərin uzunmüddətli axtarışlarından sonra onun izinə düşmək mümkün olub və belə demək mümkünsə təqsirləndirilən şəxsi elə onların özləri  tutaraq polisə təhvil veriblər. 

Göründüyü kimi, nahaq yerə “yalan ayaq tutar, yeriməz” deyilməyib. Əlbəttə, biz hakim deyilik və nə “Qaçqınkom”u rüşvətxorluqda suçlayan  vətəndaşlarımızı, nə də bu xəbərləri yayan mətbu orqanları ittiham etmək, onların iddialarını yalanlamaq niyyətində deyilik. Ancaq bu faktı xatırlatmağı lazım bilirik ki, “Qaçqınkom” haqqında yayılan xəbərlərə dərhal inanmaqdansa özünü bu qurumun səlahiyyətli nümayəndəsi kimi təqdim edərək cəmiyyətdə bu qurumun nüfuzuna xələl gətirən Azər Əbdüləzimov kimi dələduzların da yetərincə olduğunu unutmayın, o zaman ədalətli mühakimə yürütmək imkanlarınız daha çox olar.   

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin