Gədəbəydə torpaq üstündə dava: xəsarət alan var

Hazırda oxunan: Gədəbəydə torpaq üstündə dava: xəsarət alan var

31075
Gədəbəydə otlaq sahəsi üstündə düşən davada bir nəfər ağır yaralanıb.

Gədəbəy rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini Rauf Abbasovla Şakir Nəsibov otlaq sahəsi üstündə dalaşıb.

Nəticədə Ş. Nəsibov əlində olan alətlə R. Abbasovun başına zərbələr endirib. Xəsarət alan şəxs açıq kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər R. Abbasovun səhhətinin orta ağır olduğunu bildirirlər. Gədəbəy rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin