Kürəyindən bıçaqlandı, möcüzə nəticəsində sağ qaldı - FOTO

Hazırda oxunan: Kürəyindən bıçaqlandı, möcüzə nəticəsində sağ qaldı - FOTO

214034
Braziliyada 22 yaşlı adam barda içki içərkən tanımadığı bir şəxsin bıçaqlı hücumuna məruz qalıb.xa0

Moderator.az xəbər verir ki, Braziliyalı Elionardo Nascimento adlı adamın bıçaqlandıqdan sonrakı anlarının fotosu çəkilib. Onurğasını sıyıran bıçağın kürəyinə yapışıb qalmasına baxmayaraq, şanslı adam hadisədən yüngül şəkildə xilas olub.
xa0
Gənc adam qorxunc hücumdan orqanları zərər görmədən möcüzə nəticəsində xilas olub. Cərrahlar hadisənin böyük bir təsadüf olduğunu və bıçağın adamın onurğasını millimetr ölçüsündə sıyırdığını açıqlayıblar.
xa0
Nascimento hücumu törədən şəxsi tanımadığını və o gecə heç kim ilə mübahisə etmədiyini deyib. Ətrafdakılar təcili tibbi yardım maşını gələnə qədər gənc adamı sakitləşdirməyə çalışaraq dik durması və yatmaması üçün səy göstəriblər.

“Bir neçə yoldaşımla danışmaq üçün bayıra çıxmışdım. Bir adam arxamdan bıçaqlayaraq qaçdı" açıqlamasında olan adam ağrı hiss etmədiyini və hadisədən şoka girdiyini də sözlərinə əlavə edib.

Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin