Yol polisi həyat yoldaşını öldürdü

Hazırda oxunan: Yol polisi həyat yoldaşını öldürdü

205518

Bərdədə qətl törədilib.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayon Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib.xa0

Hadisə evin yataq otağında baş verib və qadın yerindəcə keçinib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.xa0

Məlumata görə, hadisəni törədən Sevindik Şükürov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşıdır. O, inspektor vəzifəsində çalışır. Hadisədən sonra yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarına təslim olub.

Faktla bağlı cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin