Nardaranda əməliyyatlar davam edir: 3 nəfər də saxlanıldı

Hazırda oxunan: Nardaranda əməliyyatlar davam edir: 3 nəfər də saxlanıldı

112107

Bu barədə məlumatı Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, kənddə evlərdə və həyətyani sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir, axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.

"Əkin yerlərini, evləri axrarırlar. Xüsusi itlər də axtarışda istifadə olunur. Bildiyimiz qədəri ilə silah və narkotik axtarılır. Bu gün səhər 5 nəfəri, günorta isə 3 nəfəri axtarışlardan sonra apardılar. Amma evlərdən heç nə tapılmayıb. Axtarışlar zamanı çəkiliş də olub. Saxlanılanlardan xəbər yoxdur",- deyə N.Kərimov bildirib.

Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir. (musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin