10 min manat maaşı olan vakansiyalar məlum oldu

Hazırda oxunan: 10 min manat maaşı olan vakansiyalar məlum oldu

629844

Azərbaycanda 10 min manat maaşı olan vakansiyalar məlum olub. Belə yüksək maaşlı vakansiyalar ictimaiyyət arasında maraq doğurduğu üçün onun hansı vəzifələrə aid olması ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq.

Bizim.Media-nın sorğusuna cavab olaraq Agentliyin Media və informasiya təminatı şöbəsinin müdiri Əsmər Nəcməddinqızı bildirdi ki, bu vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR


Həmçinin diqqətə çatdırdı ki, hazırda sistemdə mövcud olan yüksək maaşlı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.

Eyni zamanda, vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksək əməkhaqqı olan iş yerləri mövcuddur. 
 

Vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.


Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
 
Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin