Manatın gələcəyi ilə bağlı nikbin PROQNOZ - Dollar alanların sayı kəskin azalıb

Hazırda oxunan: Manatın gələcəyi ilə bağlı nikbin PROQNOZ - Dollar alanların sayı kəskin azalıb

629442

Azərbaycanda dollara maraq azalıb. Bunu biz yox, rəqəmlər deyir. Məsələn 2 il əvvəlki illə müqayisədə hərraclarda satılan dolların həcmi bu illə müqayəsədə nə az, nə çox 7 dəfə artıq idi. İndi isə demək olar ki, dollar alan yoxdur.

Bu ilin ilk altı ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Yanvar–iyun aylarında mübadilə şöbələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışları 482 milyon ABŞ dolları üstələyib.

Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq 25,6%-ə enib.
 

Maraqlıdır ki, bu il aprelin 1-dən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından 23-ü baş tutmayıb. Baş tutan son hərracda 70 milyon dollar satışa çıxarılıb. Lakin onu almaq istəyən olmayıb. May ayında isə ümumiyyətlə heç bir valyuta hərracı keçirilməyib.


Nəzərə alaq ki, belə vəziyyət 2016–2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur. 

2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün deyək ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub.

Bəs dollara maraq niyə azalıb?

Bu ilk növbədə manata olan etimadın nəticəsidir. Vətəndaşlarımız artıq əsas yığım vasitəsi kimi manatı  görürlər. 10 illik maliyyə sabitliyi manata olan etibarı yenidən geri qaytarıb.
 

Dollara marağın və hərracların azalması Azərbaycanın valyuta ehtiyatının artmasına səbəb olub. Belə ki, bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13,768 milyard ABŞ dolları təşkil edib.


Məlumata görə, bu, bu ilin iyulun 1-i ilə müqayisədə 610,3 milyon ABŞ dolları və ya 4,6% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 2,577 milyard ABŞ dolları və ya 23% artıb.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,7 milyard manat və yaxud 12,7% artıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin