Manatla geniş pul kütləsi ARTIB

Hazırda oxunan: Manatla geniş pul kütləsi ARTIB

628736

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 52 milyard 924,5 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,8 %, ilin əvvəlinə nisbətən 6,1 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 9,2 % çoxdur.
 

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 43 milyard 254,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 3,1 %, ilin əvvəlinə nisbətən 7,1 %, ötən ilin iyulun 1-i ilə müqayisədə 17,5 % çoxdur.


Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 33 milyard 632,1 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 4,5 %, 2025-ci ilin iyulun 1-i ilə ilə müqayisədə 14,3 % çoxdur.

İyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 994,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 5,8 %, ötən ilin iyulun 1-i ilə müqayisədə 15 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin