Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

628328

Azərbaycanın bu il iyulun 1-nə 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,4 %-i elə dollarda olub.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 2,9 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,5 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,4 %-ni, sabit dərəcə ilə olanlar isə 50,6 %-ni təşkil edib.

Xarici dövlət borcunun 59,5 %-i 5 ilə qədər olan müddətdə, 34,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.

Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin