Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Hazırda oxunan: Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

628250

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 54 nəqliyyat vasitəsi satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bunlardan 53-ü Daxili İşlər Nazirliyinə məxsus nəqliyyat vasitələri olub.

Məlumata görtə, nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti hərraclar 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.
 

Avqustun 4-də keçiriləcək hərraca start qiyməti 172 500 manat olan "Point Brower D" markalı gəmi də təklif olunur.


Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin