“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Hazırda oxunan: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

627875

ABŞ-ın “Apple” korporasiyası bazar kapitallaşmasına görə “Nvidia” şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub.

Bizim.Media xəbər verir ki, Nasdaq birjasında “Apple” səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda “Nvidia”nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.

Nəticədə “Apple”in bazar kapitallaşması 4,95 trilyon dollara, “Nvidia”nın isə 4,76 trilyon dollara çatıb. İlk beşlikdə, həmçinin “Alphabet”, “Microsoft” və “Amazon” şirkətləri yer alıb.

“Bloomberg”in məlumatına görə, “Apple”nin yenidən liderliyə yüksəlməsi texnologiya sektoruna investisiya axınının artması və “Nvidia” səhmlərinin ucuzlaşması ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin