Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Hazırda oxunan: Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

627419

Bu ilin iyulun 1-nə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə 1 milyard 729 milyon 888 min manat kompensasiya ödənilib.

Bizim.Media "Report"a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, hesabat dövrünə kompensasiya ödənilən əmanətçilərin sayı isə 63 888-ə çatıb.

S. Səlimova deyib ki, hazırda aktiv banklarda olan fiziki şəxslərin əmanətlərinin 83 %-i qorunan, 17%-i isə qorunmayan əmanətlərdir:

"Ümumi əmanətçilərin 99,7 %-i və ya 11 574 nəfəri qorunan, 0,1 %-i və ya 0,6 min nəfəri isə qorunmayandır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin