Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Hazırda oxunan: Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

627113

Bu ilin yanvar-may aylarında Azərbaycan 183,8 milyon ABŞ dolları dəyərində 401 min 157 ədəd smartfon idxal edib.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % çox, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 139,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % çox) 297 min 114 ədəd (-19 %), Vyetnamdan 38,2 milyon ABŞ dolları dəyərində (+21 %) 95 min 177 ədəd (+14 %), Hindistandan 6 milyon ABŞ dolları dəyərində (+82 %) 8 min 730 ədəd (+39 %), Tailanddan 126 min ABŞ dolları dəyərində 96 ədəd (1 il əvvəl tədarük olmayıb), Cənubi Koreyadan 17,8 min ABŞ dolları dəyərində (-36 %) 20 ədəd (-91 %) cihaz alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 344 min 329 ədəd smartfonun 80,4 % Çinin payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin