Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR

Hazırda oxunan: Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR

627052

Bu ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4 milyard 374,9 milyon manat vəsait daxil olub. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır.

Bizim.Media ARDNF-nin 2026-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində “Şahdəniz” yatağından (qaz və kondensat) daxil olan gəlirlər isə 3,3 faiz artaraq (qaz və kondensat) 437,1 milyon manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında AÇG yatağından 4 milyard 427,3 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 milyon manat gəlir əldə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin