“Bitcoin"in qiyməti 66 min dolları ötdü

Hazırda oxunan: “Bitcoin"in qiyməti 66 min dolları ötdü

626744

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib.

Bizim.Media xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. CMC20 indeksi isə 1,01% bahalaşaraq 135,15 bənd təşkil edib.
 

Ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 1,34% dəyər qazanaraq 66 318,45 ABŞ dollarına çatıb. Qızılla təmin olunan Tether Gold (XAUt) 1,85% artaraq 4 116,40 ABŞ dollarına, PAX Gold (PAXG) isə 1,87% bahalaşaraq 4 113,85 ABŞ dollarına yüksəlib.


Bununla yanaşı, Ethereum (ETH) 0,65% artımla 1 935,50 ABŞ dollarına yüksəlib. BNB isə 0,34% ucuzlaşaraq 571,64 ABŞ dollarına enib.

İlk onluqda ən yüksək sutkalıq artım Bittensor (TAO) (+2,74%) və Monero (XMR) (+2,47%) tərəfindən qeydə alınıb. Ən böyük eniş isə Zcash (ZEC)-də müşahidə olunub – aktiv son 24 saatda 4,44% dəyər itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin