"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

Hazırda oxunan: "Brent" markalı neftin qiyməti 90 dolları keçdi

626333

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
 

Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.09 dollar (2.37%) artaraq bir barel üçün 90.19 dollara satılıb.


Əvvəlki sessiyada isə "Brent"in qiyməti 3.87 dollar (4.59%) artaraq bir barel üçün 88.1 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 1.76 dollar (2.13%) artaraq bir barel üçün 84.25 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 3.54 dollar (4.48%) artaraq bir barel üçün 82.49 dollara satılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin