"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Hazırda oxunan: "Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

625365

Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.

Bizim.Media xəbər verir ki,l kriptovalyuta bazarının ümumi kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib.

Bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 0,33% bahalaşaraq 64 697,92 ABŞ dollarına yüksəlib.
 

İkinci ən böyük kriptovalyuta Ethereum (ETH) 0,45% bahalaşaraq 1 707,56 ABŞ dollarına çatıb. BNB isə 0,09% ucuzlaşaraq 579,78 ABŞ dollarından ticarət olunub.


ABŞ dollarına indekslənən Tether (USDT) 1 ABŞ dolları səviyyəsində sabit qalıb.

Qızılın qiymətinə indekslənən PAX Gold (PAXG) 0,01% bahalaşaraq 4 026,68 ABŞ dollarına yüksəlib.

Digər iri kriptovalyutalardan Bitcoin Cash (BCH) 0,30%, BitTensor (TAO) 0,33% bahalaşıb, Monero (XMR) isə 0,01% ucuzlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin