Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

625339

"Pensiya ödənişlərinin paytaxt, iri şəhərlər və rayonlar arasında fərqli tarixlərdə deyil, ölkə üzrə eyni vaxtda və ya ən azı bir neçə gün ərzində həyata keçirilməsini daha məqsədəuyğun hesab edirik".

Bizim.Media xəbər verir ki, bunu “baku.ws”ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu yanaşma xüsusilə kredit və digər maliyyə öhdəlikləri olan pensiyaçıların maraqlarına cavab verir:

"Ödəniş tarixləri arasında uzun fərqin olması bəzi vətəndaşlar üçün əlavə maliyyə çətinlikləri yarada bilər. Buna görə də pensiyaların, məsələn, paytaxtda ödəniş edildiyi gün və ya ən gec növbəti gün rayonlarda da köçürülməsi daha səmərəli olardı.
 

Hazırda Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanları sabitdir, büdcə və yığım baxımından ciddi məhdudiyyətlər müşahidə olunmur. Eyni zamanda sosial ödəniş sisteminin elektronlaşdırılması və rəqəmsallaşdırılması pensiyaların daha qısa müddətdə və operativ şəkildə köçürülməsinə texniki imkan yaradır.


Bu baxımdan hesab edirik ki, pensiya ödənişlərinin regionlar üzrə parçalanması artıq zəruri deyil. Ödənişlərin ölkə üzrə eyni vaxtda və ya maksimum bir neçə günlük fərqlə həyata keçirilməsi həm sosial ədalət prinsipinə uyğun olar, həm də pensiyaçıların gündəlik maliyyə planlamasını asanlaşdırar, xüsusilə kredit və digər öhdəliklərin vaxtında icrasında yarana biləcək çətinliklərin qarşısını alar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin