Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Hazırda oxunan: Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

625224

Bu ilin iyun ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, yumurta və tərəvəzlər isə ucuzlaşıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 0,9% artıb.

Bununla yanaşı, mineral sular və şirələrin qiyməti 0,6%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər 0,3% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsulları, çay, qəhvə və kakao, həmçinin alkoqollu içkilərin qiymətləri 0,2% artıb. Süd və süd məhsulları isə 0,1% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma tərəvəzlərin və yumurtanın qiymətində qeydə alınıb. Belə ki, iyun ayında tərəvəzlərin qiyməti may ayı ilə müqayisədə 6,7% azalıb. Yumurta 4,2%, balıq və balıq məhsulları 0,3% ucuzlaşıb.

Çörək, çörək məmulatları və yarmaların, eləcə də tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin