Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Hazırda oxunan: Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

625006

Nazirlər Kabineti "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları"nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması zamanı Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş "Binalar üçün minimum enerji effektivliyi Normaları" ilə müəyyən edilmiş binaların enerji effektivliyi sinifləri və binalarda enerji sərfinin hesablanması metodologiyası nəzərə alınacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur


Bəs, yeni qərar özündə nələri ehtiva edir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki,bu qərar ilk növbədə yeni tikililərdə enerji növləri ilə bağlı qaydaları özündə ehtiva edir:

“Bilirsiniz ki, bir müddət əvvəl hğkümət hündürlüyü 5 mərtəbədən yüksək olan binalarda fərdi istilik sistemlərinin qadağan olunmasıyla bağlı yeni qaydaları təsdiq edib. Bunun ardınca “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları"nın qəbulu tikinti sektorunda yeni bir səhifə açır.

Yeni qaydalar ekoloji vəziyyətin sağlamlaşdırılmasına, yanğın təhlükəsizliyinin təmin edilməsinə, enerji itkisinin aradan qaldırılmasına və yüksək kommunal xidmətlərə əsas yaradır.
 

Bilirsiniz ki, əvvəllər tikinti şirkətləri binalar üçün texniki şərtləri müvafiq orqanlardan çox sonralar alırdılır. Bəzənsə heç alınmırdı. Bu da binaların istismara verilməsinə və mənzil sahiblərinə Dövlət Reyestrindən çıxarış almasına əngəl törədirdi.


Artıq bundan sonra tikinti şirkətləri texniki pasportlaşmanı tikintiyə başlamamışdan əvvəl həyata keçirəcəklər. Ancaq bundan sonra inşaat işlərinə başlaya biləcəklər. Əsas məsələlərdən biri də texniki pasportlaşma aparılarkən əhali sayı nəzərə alınmalı, qoşulma zamanı yaxınlıqdakı sosial infrastruktura heç bir əngəl törədilməməli və qoşulma zamanı mənbənin texniki imkanları nəzərə alınmalıdır. Bir sözlə, bu qərar ölkəmizdə tikinti ilə bağlı yeni qaydalara keçidi irəli sürür”.

Bəs bu qərarın icrası mənzillərin bahalaşmasına səbəb ola bilərmi?

Müsahibimiz bildirib ki, istənilən halda yeni tələblər tikintidə maya dəyərə təsir göstərəcək:

“İndiki vəziyyətdə tikinti şirkəti xərclərin optimallaşdırılması yolu ilə minimum qiymət artımına getməlidirlər.Əvvəllər tikinti şirkətləri artan xərci müəyyən qanun pozuntularına yol verməklə aradan qaldırmağa çalışırdılar. Bu da doğru seçim deyil. Burada yeganə düzgün çıxış yolu xərcləri minimum səviyyədə artırmaqla izafi xərclərdən qaçmaqdır. Belə olarsa, bu tikinti şirkətlərinin satış siyasətinə də xələl gətirməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin