Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

624443

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Həmçinin, yuxarıda sadalananlara görə vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin