London birjasında bu gün Brent markalı neftin qiyməti indiyə qədər proqnozlaşdırılmayan səviyyədə kəskin ucuzlaşıb.
Caspian Barrel İCE (London) birjasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20.04-də neftin 1 bareli 88 dollar 22 sentə qədər aşağı enib. Gün ərzində qara qızıl dəyərini 2,21% itirib.
Qeyd edək ki, son dəfə neftin qiyməti bu qədər aşağı qiymətə 2012-ci ilin sonlarında satılmışdı.
Təhlilçilərin qənaətinə görə, neftin qiymətinin kəskin ucuzlaşması hazırda bazara bunkerlərdə möhtəkirlik məqsədilə saxlanılan neft həcmlərinin bir qisminin çıxarılması səbəb olub.
- A-
- A
- A+
İqtisadiyyat
21:55 / 13.10.2014
Neft yenidən kəskin ucuzlaşdı...
Hazırda oxunan: Neft yenidən kəskin ucuzlaşdı...
Hazırda oxunan: Neft yenidən kəskin ucuzlaşdı...
57946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































