Əli Məsimli hökuməti 50 milyardlıq “təhlükəsizlik yastığı”na aldanmamağa çağırdı

Hazırda oxunan: Əli Məsimli hökuməti 50 milyardlıq “təhlükəsizlik yastığı”na aldanmamağa çağırdı

37133

Dünən parlamentdə 2014-cü ilin dövlət büdcəsi layihəsinin qəbulu zamanı çıxış edən maliyyə naziri Samir Şərifovun sanki böyük bir xəcalət hissiylə deputatların təkliflərinin maliyyə çatışmazlığı üzündən nəzərə alınmadığını söyləməsi, bu azmış kimi təkliflərin qarşıdakı illər ərzində də həyata keçəcəyinin mümkünsüzlüyünü açıq şəkildə etiraf etməsi diqqətdən yayınmadı. Bəlli oldu ki, artıq Azərbaycan iqtisadiyyatını irəlidə ciddi sınaqlar və təlatümlər gözləyir.

Ancaq mövzu ilə bağlı Moderator.az-a danışan Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli nisbətən nikbin əhval-ruhiyyədədir və hesab edir ki, hökumət indidən qollarını çırmayıb vəsaitlərin səmərəli xərclənməsini təmin edə bilsə, iqtisadiyatımız çətin günlər yaşama da bilər:

“Büdcə iqtisadiyyatın güzgüsüdür və büdcə necədirsə, iqtisadiyyat da elədir.Ona görə də 2014-cü ilin dövlət büdcəsinin əsas parametrləri, fərqləndirici cəhətləri, problem və perspektivləri ilə bağlı məqamların obyektiv təhlili belə bir fikir yürütməyə əsas verir ki, 2014-cü ilin büdcəsi ölkə iqtisadiyyatının real durumunu daha obyektiv əks etdirir.Belə ki, Azərbaycan ikinci neft bumu dövrünü yaşayır.Bu dövrdə ölkədə neft hasilatı 9 milyon tondan 50 milyon tona çatıb.Neft bumu Azərbaycanda ondan da sürətlə gedən tikinti və infrastruktur bumları yaradıb.Bu sahədə neft gəlirlərinin büdcə mexanizmi vasitəsilə investisiya layihələrinin həyata keçirilməsinə yönəldilən hissəsi müstəsna rol oynayıb. Amma artıq neft hasilatının pik dövrü arxada qalır. 2011-ci ildən başlayaraq ölkədə neft hasilatı aşağı düşməyə başlayıb və yalnız 2013-cü ilin sonlarına sabitləşmə müşahidə olunur. Azərbaycanın neft və qaz ehtiyatları kifayət qədər böyük- üst-üstə 10 milyard ton səviyyəsində qiymətlndirildiyindən, yenə də neftdən on milyardlarla dollar vəsait gəlməkdə davam edir. Gələn ildən TANAP qaz kəmərinin tikintisi başlanacaq və qaz hasilatı tədricən artacaq. Bununla belə qazdan qələn gəlirlər neftdən gələn gəlirlərdən xeyli aşağı gözlənildiyindən, Azərbaycanda neft hasilatının pik mərhələsinin arxada qalması, məntiqi surətdə büdcəmizdə də də öz əksini tapmağa başlayıb... Bu konteksdə 2014-cü ilin dövlət büdcəsi bir sıra cəhətlərinə görə özündən əvvəlki illərin büdcələrindən fərqlənir.Onların arasında 3 məqam daha çox diqqət çəkəndir: Birincisi, 2014-cü ilin büdcəsi ölkə iqtisadiyyatının real durumunu nəzərə alaraq pafosdan uzaq durmaqla hazırlanıb. İkincisi, Azərbaycan büdcəsi üçün daha çox ölkənin iqtisadi artım templərindən sürətli artması, onun əsas xarakterik cəhətlərindəndir. Elə illər olub ki, Azərbaycanda büdcə gəlirləri fantastik templərlə, məsələn, özündən əvvəlki illə müqayisədə 2006-cı ildə 88 faiz, 2007ci ildə 55 faiz,  2008-ci ildə 79 faiz artıb. 2011-ci ildə ölkənin ÜDM-nin cəmi 0,1 faiz artdığı bir şəraitdə büdcə gəlirləri 38 faiz artıb. Amma 2009-cu il istisna olmaqla, ilk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə aşağı endirilib və xərclərinin artım tempi isə ölkənin Ümumi Daxili Məhsulunun gözlənilən tempindən  4,7 dəfə geri qalacaq.Yəni ÜDM-in 2014-cü ilə proqnozlaşdırılan 5,2 faizlik artım fonunda büdcənin gəlirlərinin 4 faiz azalacağı, xərclərinin isə cəmi 1,1 faiz artacağı proqnozlaşdırılıb. Üçüncüsü, 2003-cü ildən bu yana son 10 ildə ilk dəfə 2014-cü ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər azalacaq.Yəni 2013-cü ildə Dövlət Neft Fondundan büdcəyə 11, 3 milyard manatdan artıq, 2014-cü ildə isə 9,3 milyard manat transfert nəzərdə tutulur ki, bu da 2013-cü illə müqayisədə 2 milyard manat və ya 18 faizə qədər azdır. Dövlər Neft Fondundan büdcəyə transfertlər- büdcə gəlirlərinin 51 faizinə endiriləcək. Ancaq bunun özü də kifayət qədər böyük rəqəmdir.Ona görə də Dövlət Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılmasına davamlı xarakter verilməsini zəruri hesab edirik. Dördüncüsü,son illər Azərbaycan büdcəsi üçün 1 faizin altında büdcə kəsiri və daha çox isə profisit xarakterik olsa da, 2014-cü ilin büdcəsi özündən əvvəlki illərlə müqayisədə daha çox kəsirin nəzərdə tutulması ilə fərqlənir. Dövlət büdcəsində şox ciddi bir problem yaşanılır.Belə ki, dalbadal iki ildir ki, büdcədə neftin qiymətini maksimum, yəni bir barrel üçün 100 dollar səviyyəsində götürsək belə, yenə də 2014-cü ildə vergi və gömrük rüsumlarından və digər mənbələrdən daxilolmalar hesabına cari xərclərimizi belə örtə bilmirik.Həmin mənbələrdən daxilolmalar hesabına gözlənilən 9 milyard manata qarşı, ölkənin cari xərcləri 11 milyard manata yaxın olacaq. Deməli, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də biz cari xərclərin 2 milyard manata yaxınını Neft Fondundan transfertlər hesabına bağlamalı olacağıq. Ona görə də yaxın illərdə bir hədəf kimi götürülüb, cari xərclərin vergi yığımı hesabına bağlanmasına nail olmaqdan ötrü, bu sahədə səfərbərlik ssenarisinə keçmək məqsədəuyğun olardı. 2008-ci ildən başlayaraq son 5 ildə qlobal maliyyə-iqtisadi böhranın əsas fəsadlarının nəticəsi olaraq əksər ölkələrin büdcələrində yaranan kritik durum Azərbaycanda müşahidə olunmur.Ona görə ki, Azərbaycanın “50 milyard dollarlıq TƏHLÜKƏSİZLİK YASTIÄžI” var ki,onun bir hissəsini işə salmaqla prosesləri tənzimləmək mümkün olur.Bununla belə, Dövlət Neft Fondunun hesabına Azərbaycanın dövlət büdcəsində gəlir sarıdan kritik durum olmasa da, büdcə vəsaitinin səmərəli xərcləmələri sarıdan problemlər yetərincədir. Artıq Azərbaycan büdcəsinin asan gəlir əldə etmə mərhələsi arxada qaldı və bundan sonra gəlirləri artırmaqdan ötrü ciddi əsaslandırılmış sistemli tədbirlərə ehtiyac olacaq. Azərbaycan iqtisadiyyatı artıq iqtisadi artım templərinin əsas təkanverici amillərinin, yəni neft hasilatının və onun dünya bazarında qiymətinin artması kimi iki əsas təkanverici amilin zəiflədiyi mərhələyə daxil olub. Büdcə zərfində hökumətin təqdim etdiyi orta müddətli büdcə proqnozlarından da görünür ki, Neft Fonduna 2014-cü ildə 11,6 mlrd manat vəsait gözlənilirsə, 2015-ci ildə bu vəsait proqnozlara görə 2 mlrd manat azalacaq, 2016-cı ildə isə daha da azalmaqla 8,8 mlrd manata qədər düşəcək..Ona görə də 2010-cu ildən sonra Azərbaycanın qarşısında mühüm bir sual durur: ölkədə neft hasilatının aşağı düşdüyü və xammalın qiyməti kimi təkanverici faktorların zəifləməsi şəraitində iqtisadi artım tempini necə yüksəltmək və büdcə gəlirlərini necə artırmaq? Hökumət bunu neftdənkənar sahələrin inkişaf templərini yüksəltmək hesabına edir və müəyyən dərəcədə məqsədinə nail olur. Gələn il Azərbaycanda iqtisadi artım neftdənkənar sahələrin 10 faiz artımı hesabına təmin ediləcək. İqtisadiyyatımızın 2014-2017-cı illərdə real artımı əsasən sərmayələrin ümumiyyətlə, eləcə də infrastruktur layihələrinə artımı və əhalinin istehlakının artması hesabına təmin edilməsi nəzərdə tutulur. Bunu müsbət qiymətləndirməklə yanaşı həm də burada çox incə bir problemin varlığına da diqqət yetirmək lazımdır: infrastruktur layihələri vacibdir,amma ifrata varıldıqda israfçılqla müşayət olunur və iqtisadi inkişafın maliyyə təminatına ziyan vurur. İkincisi, əhalinin tələbatını daha çox yerli istehsal yoxsa, xaricdən gətirilən mallar hesbına qarşılayırıq? Hadisələrin bu sahələrdə indiki ssenari ilə bir neçə il də davam etməsinin fəasdlarının artacağını göz önünə gətirməklə,vəziyyətin mürəkkəbləşməsinin indidən qarşısını almaqdan ötrü, neftdənkənar sahələrin 10 faizlik artımının strukturunda istehsalın, xüsusən də regionlarda istehsalın həcminin artması göstəricisinin payının artması təmin olunmalıdır.Çünki əvvəla, istehlakın artımını xarici malalarla yanaşı, həm də yerli istehsalı inkişaf etdirməklə qarşılamaq strategiyasına keçilməlidir.İkincisi,ölkə əhalisinin ildə orta hesabla 1,3-1,4 faiz atımı şəraitində ÜDM-in 5 faiz artımı inkişafdan daha çox qeyd etdiyimiz sürətlə artan əhalinin tələbatının qarşılanması üçün yetərlidir. Bu baxımdan yanaşdıqda, 5 faizlik iqtisadi artım yaxşı göstərici olsa da,hökumətin qarşıdıkı 10 ildə ÜDM-i 2 dəfə artırmaq istəyinin gerçəkləşməsindən ötrü, gərək bizdə orta illik artım sürəti 5 faiz yox,azı 8 faiz olsun. Ona görə də digər təkanverici amillərlə paralel olaraq, büdcə iqtisadi artımla yanaşı həm də iqtisadi inkişafı təmin etməlidir. Büdcənin gəlirlərinin artırılmasının əlavə mənbələrinin tapılması və xərcləmələrin səmərəliliyinin artırılmasından ötrü aşağıdakı tədbirlərin sistemili şəkildə həyata keçirilməsini zəruri hesab edirik: 2014-cü ildə vergi və gömrük rüsumlarından və digər mənbələrdən daxilolmalar (9 milyard manat) cari xərcləri (10,9 milyard manat) örtməyəcək. Digər tərəfdən isə Neft Fondundan transfertlər azaldılır. Neft Fondundan büdcəyə transfertləri azaldılmasının davam etdirilməsi şəraitində büdcə gəlirlərinin artırılmasının əlavə mənbələrinin tapılmasına ehtiyac var. Bu istiqamətdə mövcud olan yetərincə böyük potensialdan istifadənin dairəsinin və səmərəliliyin yüksəldilməsini,iqtisadi aktivliyin artırılmasını, daha çox əlavə dəyr yaradan sahələrin, eləcə də xalq istehlakı malları istehsalının üstün artımının təmin edilməsi, kölgə iqtisadiyyatının mümkün hissələrinin vergiyə gəlb edilməsi üsullarının tapılması və sair istiqamətdə tədbirlərin görülməsini zəruri hesab edirik.Eyni zamanda iqtisadi fəallığın artırılması üçün iqtisadiyyatın liberallaşdırılması işinin sürətləndirilməsi,cəmiyyətin daha bacarıqlı və fəal hissəsinin öz potensialını hərtərəfli reallaşdırılmasına əlverişli şərarait yaradılalması,perspektivli sahələrə dövlər dəstəyinin gücləndirilməsi, korrupsiya və intisatçılığa qarşı mübarizənin coğrafiyasının genişləndirilməsi, dərinləşdirilməsi və bu işlərə sistemli xarakter verilməsi,sağlam rəqabət mühitinin yaradılaması, verci bazasının və dairəsinin genişləndirilməsi, şəffaflığın artırılması sahəsində kompleks tədbirlər həyata keçirilməli, həm də şirkətlər daha şəffaf vergi ödəmə rejiminə keçirilməlidir. Sadaladığımız həmin mənbələri işə salmaqla büdcəyə milyard manatlarla əlavə vəsait cəlb etmək olar. 2014-cü ildə Azərbaycanın şəhər və rayonlarının məcmu gəliri 7, 1 milyard manat olaca. Onun 6,5 milyard manatı və ya 92 faizi Bakının payına düşür. Şəhər və rayonların yerli gəlirləri 780 milyon manat təşkil edr ki, bu da regionlarımızın potensialı fonunda təqribən ortabab bir şirkətin illik gəliri ilə müqayisə oluna biləcək dərəcədə çox kiçik bir rəqəmdir.Ona görə də 1 milyard 629 milyon manatlıq yerli xərclər fonunda yerli gəlir və xərcləri tənzimləməkdən ötrü dövlət büdcəsindən 847 milyon manat əlavə vəsait ayrılacaq. Gələn il Azərbaycanda regionların inkişafına dair 3-cü proqram qəbul olunacaq.Həmin proqramın maliyyə təminatı 2014-cü ilin büdcəsindən başlayaraq gücləndirilməlidir. Rusiyada azərbaycanlılara qarşı törədilənlər qeyri-insani zorakılıqlar bir daha diqtə edir ki, regionlarda sosial-iqtisadi inkişafı sürətləndirməkdən ötrü digər şərtlərlə yanaşı həm də dövlət investisiya proqramımız və dövlət büdcəsinin xərclərinin strukturu təkmilləşdirilməli, Azərbaycanın regionlarında çoxsaylı yüksək maaşlı iş yerləri açılmalıdır.Əgər təklif etdiyimiz istiqamətdə hökumət real addımlar atsa, onda kənddə yaşayan gənc iş tapmayıb Bakıya gəlməz, burda da iş tapmayanda xaricə getməyə məcbur olmaz, əksinə, öz kəndində işləyib,regionların inkişafına oz töhfəsini verər, qazancından verdiyi vergi də Rusiya büdcəsinə getmək əvəzinə Azərbaycan büdcəsinə gələr. Büdcədən sosial ipotekaya 40 milyon manat ayrılıb.Təbii ki, həmin məbləğ, hətta ondan bir neçə dəfə artıq rəqəmlə ifadə olunan ipoteka xərcləri bu sahədəki problemin həllini sürətləndirmək gücündə deyil. Çünki əhalinin aztəminatlı təbəqəsinin mənzillə təminatını yaxşılaşdımaqdan ötrü təkcə ipoteka mexanizmi yetərli deyil.Ona görə də “xalq evləri”nin tikilməsinə geniş vüsət verilməsini təklif edirik.İmkansız və gənc ailələr üçün belə mənzillər tikilsin və həmim ailə üzvləri öz evlərinin tikintisində iştirak etsin,ev hazır olandan sonra isə ayda 50-100 manat ödəməklə həmin evlərdə məskunlaşsın və sonda mənzil həmin ailəyə qalsın.Bu üsulla əhalinin aztəminatlı təbəqəsinin mənzil probleminin həllini xeyli sürətləndirməkolar və həm də belə insanların öz potensialından hərtərəfli istifadə edərək cəmiyyətə xidmətinin artmasına şərait yaratmış olarıq. Bu tədbirlərin sistemili şəkildə həyata keçirilməsi büdcənin gəlirlərinin artırılmasının əlavə mənbələrinin tapılması və xərcləmələrin səmərəliliyinin artırılması,eləcə də büdcənin iqtisadi artımla yanaşı həm də iqtisadi inkişafın təminatçısınına çevrilməsi baxımından mühüm rol oynaya bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin