"Bir ailənin inəyi və on baş qoyunu olsa..." -Millət vəkilindən ailə biznesi təklifi

Hazırda oxunan: "Bir ailənin inəyi və on baş qoyunu olsa..." -Millət vəkilindən ailə biznesi təklifi

243368
Əhaliyə pul verməkdənsə, mal-qara vermək daha yaxşıdır.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, iqtisadçı alim Əli Əlirzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kənd təsərrüfatını inkişaf etdirmək üçün əhaliyə dövlət tərəfindən mal-qara və qırdabuynuzlu heyvanların verilməsinə münasibət bildirərkən deyib:

“Bu sosial müdafiənin bir formasıdır. Əhalini işlə təmin etmək üçün təyinatı üzrə onlara dövlət tərəfindən köməklik edilir. Məsələn, mal-qara saxlayana heyvan verilir, sex işlətmək istəyənə avadanlıqlar verilir və sair. Bütün bu addımlar bütövlükdə kənd yerlərində sosial iqtisadi inkişafın yönündə görülən işlərdir. Əhaliyə pul verməkdənsə, mal-qara vermək daha yaxşıdır. Hesab edirəm ki, mal-qaranı almaq onu düzgün şəraitdə saxlamaq indiki şəraitdə onun inkişafı üçün çox əhəmiyyətlidir. Azərbaycanda ev təsərrüfatı, məşğulluq, ailə biznesi, ailə sahibkarlığı daha çoxdur və ona görə də bu işi inkişaf etdirmək lazımdır.xa0 Bu gün çox insanlarımız var ki, əmək qüvvəsi var, amma mal-qara almağa maddi imkanı yoxdur. Mən əvvəllər də demişəm bir ailənin bir inəyi və on baş qoyunu olsa, beş nəfərlik ailə özünü təmin edə bilər. Bu gün heyvandarlığı inkişaf etdirmək üçün torpaq sahələri də var. Ev təsərrüfatı birinci növbədə ölkənin iqtisadiyyatının inkişafına əsas stimul verir”.

Ðx9aаÑx80Ñx82инкиxa0

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin