Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Hazırda oxunan: Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

620511

Bakıda evlərdə yaranan iri çatlar sakinləri öz mənzillərini tərk etməyə məcbur edib.

Bizim.Media “xezerxeber.az”a  istinadla xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsindən gedir.

Bir müddət əvvəl sözügedən küçədə yağış kollektorlarında yaranmış nasazlıq səbəbi ilə həmin küçədə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni müasir kollektorun tikintisinə başlanıb.

Sakinlərin sözlərinə görə, ərazidə kollektor tikintisi işlərinə başlanandan sonra bir neçə fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb. Onlar iddia edirlər ki, aparılan qazıntı və tikinti işləri nəticəsində evlərin divarlarında ciddi çatlar əmələ gəlib.

Evlərin təhlükəli vəziyyətə düşdüyünü deyən sakinlər bildirirlər ki, aidiyyəti qurumlar tərəfindən bəzi ailələr müvəqqəti olaraq kirayə mənzillərə köçürülüb.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyyatları Agentliyinə müraciət etdik. Qurumdan ''Xəzər Xəbər''ə bildirildi ki, kollektorun üzərində və mühafizə zonasında tikilən evlər səbəbindən infrastrukturda qəza yaşanıb.

Hazırda qəzalı vəziyyətdə olan kollektorun yenisi ilə əvəzlənməsi işləri aparılır.

Ərazidəki bir neçə sakinə 2 aylıq kirayə pulu verilib, onlara əşyalarını daşımaları üçün də əlavə məbləğ ödənilib. Prosesdən bir ay keçib. Növbəti ay da tamam olandan sonra müvafiq qərar veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin