Ayxan qızıl uğrunda döyüşür - Yenilənir

Hazırda oxunan: Ayxan qızıl uğrunda döyüşür - Yenilənir

81996
Bu gün Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edir. Moderator.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanı 1 qadın, 1 kişi olmaqla iki idmançı təmsil edəcək. 


68 kq çəki dərəcəsində Ayxan Tağızadə tatami üzərinə çıxacaq. O, serbiyalı Pantar Jure ilə qarşılaşacaq. Görüş 10:45-də start götürəcək. 

Qadınların yarışında ölkəmizi 57 kq çəki dərəcəsində Günay Ağakişiyeva təmsil edəcək. Xanım idmançımız serbiyalı Draqana Qaldoviçlə üz-üzə gələcək. Bu qarşılaşma 10:30-da başlayacaq. 

***

57 kq çəki dərəcəsində Günay Ağakişiyeva serbiyalı Draqana Qaldoviçlə mübarizədə 8-4 uduzdu.

***

Ayxan Tağızadə yarışa uğurlu start verib. O, sloveniyalı Yure Pantarla döyüşdən 11:3 hesablı qələbə qazanıb.

***

Ayxan Tağızadə ispan idmançı ilə mübarizəyə başlayır və 4-0 idmançımız irəlidədir. Hesab 4-0-dır. idmançımız 7-5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***

Yarımfinalda Ayxan Tağızadənin rəqibi rusiyalı Aleksey Denisenkodur. Görüş başladı. Hesab 2-1 Ayxanın xeyrinədir. Hesab 7-1 idmançımızın xeyrinədir. Ayxan 7-5 hesabı ilə rəqibinə qalib gələrək finala yüksəldi.

Qeyd edək ki, prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da idmançımızın yarımfinal görüşünü izləyib.

***

Ayxan Tağızadə polşalı Karol Robakla üz-üzədir. O, qızıl medal uğrunda döyüşür.

***

İndiki hesab ilə 9:4  Ayxan irəliəyir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin