Baş məşqçi huşunu itirdi, həkimlər diaqnoz qoya bilmədi

Hazırda oxunan: Baş məşqçi huşunu itirdi, həkimlər diaqnoz qoya bilmədi

644833

“Bavariya”nın baş məşqçisi Vensan Kompaniyanın səhhətindəki problemin səbəbi müəyyənləşməyib.

Bizim.Media xəbər verir ki, “Sport.de” nəşrinin məlumatına görə, 49 yaşlı mütəxəssis oktyabrın 23-də klubun bazasında məşq zamanı huşunu itirib və çiyni çıxıb.
 

Hadisədən əvvəl gün ərzində şiddətli baş ağrılarından əziyyət çəkən Kompani son günlərdə ətraflı nevroloji müayinədən keçib. Lakin bazar ertəsinə olan məlumata görə, həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.


Qeyd edək ki, Kompani Bundesliqanın 7-ci turunda “Frayburq”la matçı buraxıb.

Həmin görüş “Bavariya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Münhen təmsilçisi 17 xalla turnir cədvəlinə başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin