Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gəlir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma yerli vaxtla saat 20:00-da başlayıb.
Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:12 / 01.10.2026
Millimiz Lixtenşteynə QARŞI
Hazırda oxunan: Millimiz Lixtenşteynə QARŞI
Hazırda oxunan: Millimiz Lixtenşteynə QARŞI
639904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































