Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Hazırda oxunan: Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

639844

"ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 53 ölkədən 280 şirkət və 59 xarici nümayəndə heyəti iştirak edir.

Bizim.Media xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev sərgi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı Ekspo Mərkəzində ilk dəfə beşinci pavilyon istifadəyə verilib. Sərginin dördüncü pavilyonunda isə Azərbaycan istehsalı olan məhsullar nümayiş etdirilir.

 

Samir Ağababayev bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 130 adda məhsul milli pavilyonda təqdim olunur. Bunların arasında müxtəlif çaplı sursatlar, artilleriya silahları, pilotsuz uçuş aparatları və kamikadze dronları da var.

 

Aparat rəhbəri sərgidə ilk dəfə nümayiş etdirilən yeni məhsullar barədə də məlumat verib. O qeyd edib ki, silahlı, kamikadze tipli və təkərli pilotsuz yerüstü robotlar yeni istehsal nümunələridir.

Bu robotların əsas məqsədi müasir döyüş şəraitində hərbçilərin birbaşa iştirakını və məruz qaldıqları riskləri azaltmaqdır.

Samir Ağababayevin sözlərinə görə, sərgidə ilk dəfə nümayiş olunan yeniliklərdən biri də düşmənin digər pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün nəzərdə tutulan BARS interseptor dronudur. Bundan başqa, "Boran" dronu, "Qırat" ailəsinə daxil olan kamikadze dronları və "Batur FPV" pilotsuz uçuş aparatı da sərgidə təqdim olunur.

O, Azərbaycan və Türkiyənin birgə istehsalı olan "Zərbə" pilotsuz uçuş aparatının da "ADEX 2026"da ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırıb. Kamikadze tipli dronun uzunluğu 3.5 metr, qanadlarının açılışı 3.2 metr, uçuş müddəti isə iki saatdır.

Aparat rəhbəri sərgidə üç yeni avtomatın da nümayiş olunduğunu bildirib. Onlardan biri 5.56×45 mm, digər ikisi isə 7.62×39 mm çaplı avtomatlardır.

Samir Ağababayev, həmçinin ilk dəfə sərgidə nümayiş etdirilən "İqla" hava hücumundan müdafiə simulyatoru barədə danışıb. Onun sözlərinə görə, simulyasiya sistemləri real vasitələrdən istifadə etmədən, həqiqi döyüş şəraitinə mümkün qədər yaxın mühitdə təlim keçməyə imkan verir.

Aparat rəhbəri Azərbaycanın müdafiə sənayesinin əsas məqsədinin müasir texnologiyaları mənimsəmək, yeni məhsullar yaratmaq və yerli istehsal imkanlarını davamlı şəkildə genişləndirmək olduğunu vurğulayıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin