Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Hazırda oxunan: Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

639826

Gəncədə məktəbdə zəhərlənən şagirdlərin hazırki vəziyyətləri məlum olub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

 

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".

 

Qeyd edək ki, hadisə Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində baş verib. Dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Şagirdlər dərhal tibb müəssisəsinə çatdırılıblar.

İlkin məlumata görə şagirdlər məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin